Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 01:59

'Transparency International'dan Ukraynaya çağırış


Transparency International

Sentyabrın 20-də Beynəlxalq Şəffaflıq – «Transparency International» Ukraynanı korrupsiyayla mübarizə cəhdlərini gücləndirməkdən ötrü müstəqil antikorrupsiya məhkəməsi yaratmağa çağırıb.

Ukrayna prezidenti Petro Poroshenko mövcud sistem daxilində antikorrupsiya palatasının yaradılması təklifini irəli sürüb. Ancaq korrupsiyaya nəzarət qurumu hesab edir ki, bu addımla ukraynalıların etibarını qazanmaq olmaz.

«Ukrayna müstəqil antikorrupsiya məhkəməsi yaratmalıdır ki, nepotizm və kronizmin məhkəmə sistemində heç bir rol oynamaması təmin olunsun. Prezident Poroshenko durumun vacibliyini anlayır, ancaq onun hazırkı sistem daxilində palata yaratmaq təklifi işləməyəcək», – «Transparency International»ın sədri José Ugaz deyib.

Qurum bildirir ki, Avropanın digər ölkələrindən fərqli olaraq, Ukraynada müstəqil və ədalətli mühakimə aparmaq nüfuzu olan məhkəmə sistemi yoxdur.

«Transparency»nin fikrincə, məhkəmənin özəl maraqların güdazına getməməsini təmin etməkdən ötrü hakimlər açıq müsabiqə yoluyla seçilməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG