Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 20:14

İranda 7 yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinmiş şəxs ictimai şəkildə edam olunub. 42 yaşlı Esmail Jafarzadeh-in edamının həvəskar videosunun sentyabrın 20-də dövlət televiziyasında yayımlandığı bildirilir.

Jafarzadeh Ərdəbil vilayətinin Parsabad şəhərində əsas meydanda asılıb. Məlumatlara görə, edamı bir neçə min şəxs, o cümlədən uşaqlar izləyib.

Ərdəbilin prokuroru Naser Atabati-nin sözlərinə görə, edamı ictimai şəkildə gerçəkləşdirməkdə məqsəd «vətəndaşların təhlükəsizlik hissini bərpa etmək, onların narahat beyinlərini yüngülləşdirməkdir».

Atena Aslani iyunda itkin düşüb. Onun yoxa çıxması İranda sosial media istifadəçiləri arasında böyük narahatlıq yaradıb. Əsas şübhəli sayılan Jafarzadeh-nin evinin qarajından qızın meyiti tapılandan sonra o, qızcığazı zorladığını və öldürdüyünü etiraf edib.

Prezident Hassan Rohani bu işi «dəhşətli» adlandırıb və dərhal ədalətli mühakimə aparılmasına çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG