Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:10

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının iclasında çıxış edib


İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının iclasında çıxış edir.

İlham Əliyev çıxışına Dağlıq Qarabağ münaqişəsindən başlayıb, ölkənin 20 faiz ərazisinin 25 ildən çoxdur ki, erməni işğalı altında olduğunu bildirib.

"Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ona bitişik digər altı rayon da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib .Dağlıq Qarabağ Azərbaycanın tarixi tərkib hissəsidir. Ermənistanın təcavüzü nəticəsində ölkənin beynəlxalq aləm tərəfindən tanınan təxminən 20 faiz ərazisi işğal altındadır. Nəticədə 1 milyondan artıq adam didərgin düşüb.

Ermənistan , Dağlıq Qarabağ, Azərbaycanın digər rayonları və Ermənistanda Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparır. Xocalıda "soyqırımı" törədib, hansı ki,bu 10-dan çox ölkə tərəfindən tanınıb.1992-ci il fevralın 26-da Xocalıda hərbi cinayət törədib, 630 dinc sakini qətlə yetirib. Onlardan 106 qadın, 63-ü isə uşaqlardır. İnsanlığa qarşı bu dəhşətli cinayəti törədən hərbi cinayətkarlardan biri ,indiki Ermənistan prezidentidir", İlham Əliyev deyib.

Azərbaycan prezidenti bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamə qəbul ediblər.

"BMT-nin təhlükəsizlik şurası 1993-cü ildə Ermənistan ordusunun təcili və heç bir şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etdən 4 qətnamə qəbul edib. Həmçinin ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və "İslam əməkdaşlıq təşkilatı" da daxil olmaqla digər beynəlxalq qurumlar da eyni qərar qəbul ediblər, amma Ermənistan bunların heç birini yerinə yetirmir. Ermənistan 24 ildir ki, BMT təhlükəsizlik şurasının Dağlıq Qarabağla bağlı qətnamlərini yerinə yetirmir, amma təssüf ki, buna görə cəzalandırılmır. Ayrı-ayrı hallarda təhlükəsizlik şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir, amma bizimlə bağlı qətnamə 24 ildir ki, yerinə yetirilmir. Bu ikili standart yanaşmasıdır və bu yanaşma qəbuledilməzdir, prezident vurğulayıb.

İlham Əliyev Ermənistan prezidentini hərbi cinayətlərdə ittiham etdi
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

İlham Əliyev deyib ki, Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq edilmıəlidir və təhlükəsizlik şurasının qətnamələrinin yerinə yetirilməsini təmin edən mexanizm yaradılması, BMT-də ən vacib islahatlardan biri olmalıdır.

İlham Əliyev qeyd edib ki, Ermənistan status kvo-nu saxlamaq üçün bütün vasitələrə əl atır, danışıqları əngəlləyir, hansı ki, münaqişənin həlliylə bağlı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya dəfələrlə deyiblər ki, bu qəbuledilməzdir.

İlham Əliyev çıxışında aprel döyüşlərindən də danışıb, bildirib ki, Ermənistan apreldə bir daha dinc Azərbaycan kəndinə hücum edib və nəticədə 1 uşaq da daxil olmaqla 6 mülki sakin həlak olub, 26 dinc sakin yaralanıb, yüzlərlə ev dağıdılıb.

"Azərbaycan öz vətəndaşlarını qorumalıdır. Azərbaycan uğurllu əks-hücumu nəticəsində 3 işğal edilmiş 3 rayonda müəyyən əraziləri azad elədi. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır, əks halda, ermənistanın növbəti təxribatı nəticəsində bu daha ağrlılı olacaq". İlham Əliyev deyib.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışının sonunda bir daha deyib ki, ​Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır, amma eyni zamanda BMT-nin nizamnaməsinə uyğun olaraq öz vətəndaşlarını müdafiə edəcək və əgər Ermənistanın hərbi təxribatları davam eləsə biz, 2016-cı ilin aprelində olduğu kimi təcavüzkarı cəzalandıracağıq.

İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, BMT təhlükəsizlik şurasının qətnamələri əsasında həll olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

İlham Əliyev həmçinin ölkədə demokratik azadlıqlardan danışıb.

Prezident qeyd edib ki, Azərbaycan stabil, modern, demokratik bir ölkədir.

"Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətin qarşısında duran əsas prioritetlərdəndir. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır. 2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan edilib".

İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq, çoxmillətli ölkədir.

İlham Əliyev daha sonra ölkənin nail olduğu iqtisadi uğurlardan, beynəlxalq enerji layihələrindən danışıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG