Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 07:22

London metrosundakı partlayışa görə daha 3 nəfər həbs edilib


London metrosunda partlayış

Uelsdə, London metrosunda törədilən partlayışın təşkilində şübhəli bilinən daha 3 nəfər həbs edilib.

Bu barədə sentyabrın 20-də London polisi məlumat verib.

Onların 25, 30 və 48 yaş arasında olduqları bildirilir.

Sentyabrın 15-i səhər saatlarında London metrosunda törədilən partlayışda 30 nəfər xəsarət alıb.

Eksperlər bombanın vedrədə yerləşdirildiyini və onun saat mexanizmi ilə partladıldığını deyirlər.

Lakin onların fikrincə bomba texniki nasazlığa görə planlaşdırıldığı kimi partlamayıb, yoxsa fəsadları bundan qat-qat artıq olardı.

Hazırda bu terror aktla bağlıümumilikdə 5 nəfər saxlanıb.

Ölkədə terror təhlükəsizinin həddi qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG