Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Keçmiş deputatın oğlunun şikayəti təmin edilməyib


Qalib Salahzadə

Sentyabrın 20-si Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.

Bu barədə Ə.Salahzadənin yaxınları məlumat veriblər

Onların demələrinə görə, məhkəmə Ə.Salahzadə barəsində həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu günlərdə Ə.Salahzadə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.

Ə.Salahzadə «Azərsu» ASC-nin əməkdaşını döyməkdə təqsirləndirilir.

Ancaq onun yaxınları ittihamı qəbul etmirlər. Ə.Salahzadə Milli Məclisin keçmiş deputatı Qalib Salahzadənin oğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG