Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Trump-ın vəkili deyir, Rusiyayla sövdələşmə olmayıb


Michael Cohen

ABŞ prezidenti Donald Trump-ın şəxsi vəkili sentyabrın 19-da deyib ki, Trump-ın ötənilki prezident seçkisində Rusiyayla gizli sövdələşməyə getməsinin bircə əlamətini də görməyib.

Michael Cohen bu barədə bəyanat yayıb. Cohen Britaniya kəşfiyyat agentlərinin hazırladığı dosyedə onun və Trump-ın seçki zamanı Rusiyayla gizli əlaqə yaratması barədə deyilənləri «saxta və qərəzli ittihamlar» adlandırıb.

«Rusiya Federasiyasının hər hansı üzvüylə seçkiyə haker hücumu, yaxud müdaxilə etmək üçün əlaqə yaratmamışam, buna görə mənə pul verilməyib, yaxud mən heç kəsə pul verməmişəm», – Cohen deyib.

«Birləşmiş Ştatlar prezidenti namizəd olarkən ona şəxsi yaxınlığımı nəzərə alsaq, deyə bilərəm ki, Rusiyanın seçkimizə müdaxiləsinə onun hər hansı əlaqəsinin bircə əlamətini də görməmişəm», – bəyanatda daha sonra vurğulanır.

Britaniyanın keçmiş kəşfiyyat zabiti Christopher Steele-in hazırladığı dosyedə iddia olunurdu ki, Cohen Rusiya hökuməti üçün vasitəçi kimi çalışıb və 2016-cı ilin avqustunda Praqada Kreml rəsmiləriylə gizli görüşüb. Ancaq Cohen deyir ki, «ömrümdə Praqada, yaxud Çexiyanın başqa bir yerində olmamışam».

Günün bütün mövzuları

XS
SM
MD
LG