Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:11

'Əsrin müqaviləsi'ndən ötən 23 il


Neft pulları səmərəli xərclənibmi?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Neft pulları səmərəli xərclənibmi?

1994-cü il sentyabrın 20-də «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq», «Günəşli» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» SOCAR ilə dünyanın neft şirkətləri arasında saziş imzalanıb.

Təxminən 400 səhifə həcmində və dörd dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adını alıb.

«Əsrin müqaviləsi»ndə dünyanın səkkiz ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 neft şirkəti iştirak edib. Bunlar «Amoco», BP, «McDermott», «Unocal», SOCAR, «LUKoil», «Statoil», «Ecson», «Türkiye Petrollari», «Pennzoil», «Itochu», «Remco» və «Delta» şirkətləridir.

Aradan keçən bu illər ərzində Azərbaycanın neftdən ümumilikdə 150 milyard dollara yaxın vəsait əldə etdiyi bildirilir.

Bu il sentyabrın 14-də «Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Azərbaycan təkcə bu blokdan 130 milyard dollar yaxın vəsait əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG