Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 00:11

İsrailin baş naziri Benjamin Netanyahu deyir ki, İranın Suriyada hərbi baza yaratmasını əngəlləyəcək. O, sentyabrın 19-da BMT Baş Assambleyasında çıxışında İranla nüvə sazişinə dəyişikliklər tələb edib.

İran Suriyada gedən vətəndaş müharibəsində prezident Bashar al-Assad qüvvələrini dəstəkləyir. İsrail liderləri isə bu yaxınlarda bildiriblər ki, Tehran bu ölkədə iştirakını möhkəmləndirmək məqsədiylə hərbi baza yaratmaq istəyir.

Netanyahu deyib ki, Tehran indi Yaxın Şərqdə, «Xəzər dənizindən Aralıq regionunadək» pərdəni çəkməyə çalışır.

«İranın Suriyada hava, dəniz və quru qüvvələri üçün daimi hərbi baza qurmasını əngəlləyəcəyik. İsrail özünü silahlarının tam gücüylə müdafiə edəcək... Bizi məhv etməklə hədələyənlər özlərini ölüm riskinə atırlar», – Netanyahu söyləyib.

Netanyahu 2015-ci ildə imzalanmış nüvə sazişiylə bağlı deyib ki, «bunu ya dəyişin, ya ləğv edin. Ya düzəldin, ya da pozun».

Netanyahu ən güclü xitabları İranın ali dini lideri Ali Khamenei-yə qarşı işlədib, ancaq İranın mötədil prezidenti Hassan Rohani-ni tənqid etməyib.

O, İran xalqına farsca müraciət edərək deyib: «Siz bizim dostumuzsunuz».

İran liderləri Netanyanu-nun çıxışına hələlik reaksiya verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG