Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:14

Rusiyanın bəzi şəhərlərində yenidən bomba həyacanı yaşanıb


Foto arxiv

Rusiyanın bir sıra şəhərində yenidən bomba təhlükəsi ilə bağlı anonim zənglər daxil olub.

Bu barədə sentyabrın 19-da Azadlıq Radiosunun Rusiya xidməti məlumat yayıb.

Murmanskda polis, vilayət hökuməti və şəhər administrasiyasının binaları və 2 ticarət mərkəzində axtarış aparıb.

Həmçinin Yekatrinburqda eyni səbəbdən şəhər meriyasının binası və 2 ticarət mərkəzi boşaldılıb.

Paytaxt Moskva, Volqoqrad, Salexarda, Həştərxan və Rostov-Donda da bomba həyacanı yaşanıb.

Qeyd edək ki, sentyabrın 10-dan Rusiyanın müxtəlif şəhərlərində partlayış təhlükəsi ilə bağlı anonim zənglər edilir.

İndiyədək aparılan axtarışlar vaxtı hələlik partlayıcı aşkar edilməyib.

Bu müddət ərzində onlarla şəhərdə 2 mindən çox adam avakuasiya edilib.

Qeyri-rəsmi versiyalardan birinə görə, anonim zəngləri “Matilda” filminin göstərilməsinə qarşı çıxan pravoslav fəallar təşkil edə bilərlər.

Kreml baş verənləri “telefon terrorizmi” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG