Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:33

İsrail İrana məxsus dronu vurduğunu deyir


Foto arxiv

İsrail Sentyabrın 19-da Colan yüksəklikləri üzərində pilotsuz aparatın vurulduğunu deyir.

Tel-Əviv hesab edir ki, bu çox güman ki, İran dronudur və İsrail-Suriya sərhədi boyunca Livandakı Hizbullah qrupu üçün kəşfiyyat missiyasını yerinə yetirirmiş.

İnsident İsrailin baş naziri Benyamin Netanyahu-nun BMT təhlükəsizlik şurasının Nyu-Yorkda keçirilən iclasında çıxışından bir neçə saat əvvəl baş verib.

Netanyahu çıxışında Suriyada Bashar Assad rejiminə kömək edən İran və “Hizbullah” qüvvələrinin möhkəmlənməsindən danışmalıdır.

Məlumata görə dron Dəməşq yaxınlıqdakı hərbi-hava bazasından buraxılıbmış və “Patriot” raketi ilə Colan yüksəkliyindəki silahsız zonada vurulub.

Bu zona 1967-ci ildə Yaxın Şərq müharibəsindən sonra yaradılıb.

Qeyd edək ki, İranla Rusiya Suriya münaqişəsində Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə rejimə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG