Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Həmsədr: 'Ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır'


Andrew Sheffer
Andrew Sheffer

“ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəflərlə aktiv işi davam etdirəcək”.

Bunu Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində amerikalı həmsədr Andrew Scheffer deyib.

“ Mins qrupunun qəbul etdiyi siyasət ondan ibarətdir ki, ədalətli həll beynəlxalq hüquqa-güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabərlik və xalqların müqaddaratını təyin etmə prinsiplərinə əsaslanmalıdır” Scheffer deyib.

Amma amerikalı diplomat qeyd edib ki, sonda sülhə görə Azərbaycan və Ermənistan prezidentləri cavabdehlik daşıyırlar.

Həmsədr deyib ki, bu həftə Nyu-Yorkda digər həmsədrlərlə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü gözlənilir.

Qeyd edək ki, Andrew Scheffer avqustun sonunda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsinə təyin edilib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda Ermənistan-Diaspora 6-cı Ümumerməni Konfransında çıxışında Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasından başqa, tənzimləmənin digər elementlərindən danışıb.

Bunlara da bax: Nalbandyan Dağlıq Qarabağın statusu haqda nə deyib?

Yerevan Bakı ilə 'bəzi ərazilərin' qaytarılmasını müzakirə edir

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG