Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:22

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər


Arxiv foto

Futbol üzrə 2019 Çempionlar Liqasının finalı Bakı Olimpiya stadionunda keçirilə bilər.

Qeyd edək ki, UEFA-nın icra komitəsi sentyabrın 20-də Avropa kuboklarının finalına ev sahibliyi edəcək stadionların adlarını açıqlayacaq.

Bakı Olimpiya stadionu əsas namizədlər sırasındadır.

Madridin “Atletiko” klubunun yeni stadionu da ev sahibliyinə iddia edir.

Amma sport.ru saytının yazdığına görə, Vanda Metropolitano stadionunda cəmi 7 min VİP yer var və UEFA-nın fikrincə bu azdır.

Bu stadionun açılışı sentyabrın 16-da olub.

Bakı Olimpiya Stadionu 69 870, Vanda Metropolitano stadionu isə 67 703 tamaşaçı tutur.

Qeyd edək ki, Bakı ilə Madrid Çempionlar liqası, Sevilya ilə İstanbul isə Avropa kubokunun finalına ev sahibliyi iddiasındadırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG