Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:29

"Ermənistan boşalır, diaspor tükənir"


İ Aram
İ Aram

“Gəlin, realist və düz olaq. Ermənistan boşalır, diaspor tükənir”- bunu livanlı erməni katolikos - Kilikiya Evinin Katolikosu 1-ci Aram Yerevanda 6-cı Ümumerməni konfransında sentyabrın 18-də deyib.

Livan, Suriya, Kipr ermənilərinin katolikosu olan 1-ci Aram deyib: ”Ermənistan-diaspor münasibətlərini təsadüfi investisiya, turist səfərləri çərçivəsindən çıxarıb, mili siyasətin mühüm əsasları sırasına salmaq lazımdır.”

Katolikos əmindir ki,konfransda ölkə prezidenti Serj Sarkisyanın dediyi kimi, Ermənistandan emiqrasiyanı azaltmaq və Ermənistan əhalisinin sayını artırmaq təxirəsalınmaz məsələlərdəndir.

Katolikos iqtisadi rifahı da bu yolda vacib sayır:

”Ehtiyatlı olmalıyıq. Ermənistanın iqtisadiyyatı zəif getsə, insanların həyat səviyyəsi qənaətbəxş olmayacaq və adamlar Ermənistanı əvvəlki sürətlə tərk edəcək”

2040-CI İLƏ 4 MİLYON

Katolikosdan əvvəl konfransdakı çıxışında Ermənistan prezident Serj Sarkisyan demişdi ki, Ermənistanın 2040-cı ilə əhalisinin sayı azı 4 milyon olmalıdır. Prezidentin sözlərinə görə, növbəti ümummili konfransın mövzusu ümumerməni “4 milyonluq Ermənistan” proqramı olacaq.

Buna da bax: Nalbandyan Dağlıq Qarabağın statusu haqda nə deyib?

PİAR

Konfransa Amerikadan, Avstraliyadan, Livandan və bir çox uzaq ölkələrdən ermənilər gəlsə də, Yerevanın özündən müxalifətçilər konfransa dəvət olunmayıblar.

Nikol Pashinyan
Nikol Pashinyan

Müxalifətin “Çıxış” blokuna daxil olan partiyalara, parlamentdə bu partiyalardan olan deputatlara dəvətnamə verilməyib.

“Çıxış” blokunun parlament fraksiyasının rəhbəri Nikol pashinyan Facebookda yazıb : ”bu onu göstərir ki, bu konfrans Serj Sarkisyanın piar aksiyasına çevrilməyə yönəlib.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG