Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 21:31

Həbsdəki jurnalist, «Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucov (Qaraşoğlu) barəsində açılmış cinayət işi üzrə məhkəmə başlayır.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, cinayət işi üzrə məhkəmə hazırlıq iclası sentyabrın 27-də keçiriləcək.

Jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Vəkil bildirib ki, ittiham aktına görə, jurnalistə yekunda da Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlar təsdiqlənərsə, Ə.Orucova 8 ilə kimi həbs cəzası verilə bilər.

XATIRLATMA

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova (Qaraşoğlu) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

İnzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan və kompüterlərin götürülməsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG