Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 02:18

Universitetlə bağlı sənədlər Baş Prokurorluğa göndərilir


Azərbaycan Dövlət İqtisad Universiteti

Hesablama Palatasının Kollegiya iclasında «Dövlət büdcəsindən Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair» auditin nəticələri müzakirə edilib.

Bu barədə bu gün, sentyabrın 19-u Palata məlumat yuyub.

Məlumatda bildirilir ki, təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsində nöqsanlar aşkar edib.

«Təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq, qanuna müvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib», - məlumatda yazılır.

Hesablama Palatasının bu məlumatına hələlik Azərbaycan Dövlət İqtisad Universitetindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG