Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:47

Poroshenko:" Vaşinqton Ukraynanın təhlükəsizliyinə 500 milyon dollar ayıracaq"


Petro Poroshenko

“Kiyev təhlükəsizlik və müdafiə, habelə ölümcül silahlar və hərbi avadanlıqlar üçün Vaşinqtondan 500 milyon dollar alacaq”.

Russian.rt.com saytının sentyabrın 19-da verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroshenko bəyan edib.

Prezident qeyd edib ki, ABŞ-dan alınacaq silahlar Donbası azad edə bilər.

Rusiyanın Federasiya Şurası isə hesab edir ki, bu cür qərar Ukraynanın cənub-şərqindəki münaqişəsinin daha da yayılması, kəskinləşməsinə səbəb ola bilər.

“ABŞ senatı 2018-ci il üçün müdafiə büdcəsini təsdiqlətib. Büdcədə Ukraynanın təhlükəsizliyinə 500 milyon dollar vəsait ayrılması planlaşdırılır”, Poroshenko özünün “Feysbuk” səhifəsində yazır.

Rusiyanın 2014-cü ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə qərblə Moskva arasında münasibətlər pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Moskva ittihamları rədd edir.

Bu müddət ərzində Ukraynanın şərqində gedən döyüşlərdə 10 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG