Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:25

3 minlik ABŞ əsgərinin çoxu Əfqanıstana yola düşüb


Jim Mattis

Birləşmiş Ştatların Əfqanıstana göndərdiyi 3 minlik əlavə əsgərin çoxu artıq həmin ölkəyə yola düşüb. Bunu sentyabrın 18-də ABŞ-ın müdafiə naziri Jim Mattis deyib.

ABŞ prezidenti Donald Trump ötən ay Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayıb. O, hədəfinin hələ də ölümcül hücumlar təşkil edən «Taliban» silahlı qruplaşmasını məğlub etmək olduğunu deyib.

Mattis Pentaqonda jurnalistlərə deyib ki, dəqiq rəqəm vermək istəmir, ancaq Əfqanıstana 3 mindən çox əsgər göndərir və həmin əsgərlər artıq bu ölkədə olan 11 minədək Amerika qüvvəsini gücləndirəcək.

Müdafiə rəsmilərinin fikrincə, Əfqanıstanla bağlı yeni strategiya Birləşmiş Ştatların son iki ildəki uğurlarını möhkəmləndirəcək. Belə ki, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla savaşan təhlükəsizlik qüvvələrinə təlim keçilib, onlara logistik dəstək verilib.

Birləşmiş Ştatlar NATO-dakı tərəfdarlarını da Əfqanıstanda əsgər sayını artırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG