Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 08:14

ABŞ Senatı 700 milyard dollarlıq müdafiə büdcəsini dəstəkləyir


ABŞ Konqresi

Sentyabrın 18-də ABŞ Senatı 700 milyard dollarlıq müdafiə siyasəti layihəsini dəstəkləyib. Layihə Pentaqonu Rusiya təbliğatıyla mübarizəyə və yeni qanadlı raket hazırlamağa çağırır. Tənqidçilər bu addımın Soyuq müharibə dövrünün ən böyük sazişinin məhvinə səbəb olacağını deyirlər.

1215 səhifəlik Milli Müdafiə Ayırmaları Aktı (National Defense Authorization Act) Senatda 89-8 səs çoxluğuyla qəbul olunub. Sənəddə hökumətin kompüterlərində «Kaspersky Lab» proqramından istifadəyə qadağanın genişləndirilməsinə dair maddə var.

Qanadlı raketlərlə bağlı maddədə Müdafiə Departamentinə bu məqsədlə 65 milyon dollar xərcləmək səlahiyyəti verilir. Yeni yerdən buraxılan qanadlı raketlərin hazırlanmasına tədarük Rusiyanın 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri Sazişini pozmasına dair iddialara cavab addımı kimi izah olunur.

Rusiya isə bu sazişi pozaraq raket sınaqdan keçirməsinə dair Birləşmiş Ştatların iddialarını dəfələrlə rədd edib. O da öz növbəsində ABŞ-ı sazişi pozmaqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG