Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 11:50

ABŞ prezidenti Donald Trump BMT-də sentybarın 18-də jurnalistlərə deyib ki, bu təşkilat ali məqsədlər üçün yaranıb, ancaq dünya əhalisinin etimadını qazanmalıdır.

Trumpın fikrincə, BMT öz potensialını tam reallaşdırmayıb, buna bürokratiya və düzgün olmayan idarəetmə mane olur.

Trump eyni vaxtda BMT baş katibi Antonio Guterresi tərifləyib ki, əvvəllər işləməyən üsullardan imtina edir və təşkilatın iş üslubunu dəyişir.

Nyu Yorkda BMT-nin Baş Assambleyasına 130 ölkənin lideri gedib. Onlar arasında Azərbaycan prezidenti İlham Əliyev də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG