Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Neft ölkəsi Nigeriyada vəba epidemiyasıdır


arxiv

Sentyabrın 18-də BMT neft ölkəsi Nigeriyanın şimal-şərqində vəba epidemiyasından 44 adamın öldüyünü bildirib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisiepidemiyanın yayılması üçün 9,9 milyon dollara ehtiyac olduğunu deyir.

Hazırda Nigeriyada 2300 adamda vəba xəstəliyi tapılıb ya da onların bu xəstəliyə tutulmasının əlamətləri var.

Xəstəlik ilk dəfə avqustun 16-da Borno ştatında tapılıb. O vaxtdan xəstəlik yayılır. Xüsusilə qaçqın düşərgələrində.

Nigeriyanın şimalında Boko Haram islamçı yaraqlılarının hücumlarına görə 2,6 milyon adam didərgin düşüb və onların çoxu düşərgələrdə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG