Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:45

Ali Məhkəmə İraq Kürdüstanında referendumu qeyri-müəyyən müddətə dayandırır


referendumda səs verməyə çağırış

İraqın Ali Məhkəməsi sentyabrın 18-də İraq Kürdüstanında sentyabrın 25-də referendum keçirmək qərarını dayandırıb.

Ali Məhkəmə bildirib ki, bu müstəqillik referendumunun konstitusiyaya uyğun olub-olmaması araşdırılana kimi referendum keçirmək olmaz.

Ali Məhkəmənin sözçüsü Ayas al Shamouk deyib ki, “biz şikayətlər alırdıq və qərara gəldik ki, referendum keçirilməsini dayandıraq”

İraq parlamentinin azı 3 deputatı referendumun ləğvi ilə bağlı Ali Məhkəməyə müraciət etmişdi.

İraq Kürdüstanında referendumla bağlı Türkiyə, İran, ABŞ və BMT isə kürdlərə müraciət etmişdilər ki, Bağdadla fikir ayrılıqlarını danışıqlarla yoluna qoysunlar, ayrılmaqla yox.

Kürdlərin lideri Massud Barzani isə deyir ki, referendumda "hə" dərhal İraqdan ayrılmaq demək deyil, bu daha çox Bağdadla ciddi danışıqların başlanması deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG