Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 13:33

Deputat: 'Laboratoriyalarda ən sadə cihazlar belə yoxdur'


Bəxtiyar Əliyev

«Bu gün ölkədə aparılan elmi araşdırmalara kifayət qədər maliyyə vəsaiti ayrılmasa, onda gələcəkdə yüksəkixtisaslı kadr əldə edə bilməyəcəyik».

«Report»un xəbərinə görə, bunu bu gün, sentyabrın 18-i Milli Məclisin Elm və təhsil komitəsinin iclasında Bəxtiyar Əliyev deyib.

O vurğulayıb ki, elmi kadrların hazırlanması yüksək vəsait tələb edir və yaxşı vəsait qoyulmalıdır ki, nəticə də yaxşı olsun.

B.Əliyev deyib ki, hazırda bir çox ali məktəblərin laboratoriyalarda ən sadə cihazlar belə yoxdur.

O əlavə edib ki, xaricdən müasir tibbi avadanlıqlar gətirilsə də, onunla işləyə bilən mütəxəssislər çatışmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG