Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 21:21

ABŞ-da polisəs bəraət verilməsinə etirazlar 3-cü gecədir ki, davam edir


arxiv

ABŞ-ın Sent Luis şəhərində qaradərili amerikalının ölümündə ittiham olunan keçmiş polis zabitinə bəraət verilməsinə etirazlar 3-cü gecədir davam edir.

Polis nümayişçiləri dağıtmaq üçün xardal qazından istifadə edib və onlarla etirazçını həbs edib.

Sentyabrın 17-də nümayişlər dinc başlanmışdı, ancaq bəzi etirazçılar yaxınlıqdakı binaların pəncərələrini sındırmağa başladı.

Etirazlar isə sentyabrın 15-də başlanıb. Hakim qərar verdi ki, 2011-ci ildə Jason Stokley Anthony Lamar Smithin ölümündəgünahkar deyil.

Həmin hadisə narkotik alveri ilə bağlı idi.Stokley Smithi təqib edirmiş və polis ondan qaçan Smithə 5 güllə atıb. Polis kamerası göstərib ki, polis Smithi vurmazdan əvvəl qışqırıb ki, “səni öldürəcəm”. Prokurorlar isə deyirlər ki, Stokley Smithi vurandan sonra silahı Smithin maşınına atıb.

XS
SM
MD
LG