Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 03:03

Bu ilin yanvar-avqust aylarında ölkədə 24.8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında yazılır. DSK bildirir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4.3 faiz artıb, neft sektorunda isə 7.7 faiz azalıb.

Sənaye məhsulunun 69.7 faizi mədənçıxarma, 24.9 faizi emal, 4.6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun payına düşür. 0.8 faiz məhsul isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9.3 faiz, əmtəəlik qaz hasilatı isə 4.1 faiz azalıb.

DSK vurğulayır ki, qida məhsullarının istehsalı 1.1 faiz, içkilərin istehsalı 28.6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 82.1 faiz, geyim istehsalı 43.5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 75.2 faiz artıb.

«Kimya sənayesi məhsullarının istehsalı 22.2 faiz, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 32.6 faiz, elektrik avadanlıqlarının istehsalı 63.8 faiz və mebel istehsalı 20.2 faiz artıb. Tütün məmulatlarının istehsalı 15.9 faiz, dəri, ayaqqabıların istehsalı 34.8 faiz, poliqrafiya məhsullarının istehsalı 46.1 faiz, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri isə 45,9 faiz azalıb», - məlumatda vurğulanır.

Son dönəmlər Azərbaycanda bütünlükdə sənaye istehsalı azalıb.

Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6.5 milyard manatlıq məhsul istehsal edilmişdi. DSK bildirirdi ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalda 3.7 faiz azalma deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG