Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:17

Rohinca böhranını bitirməyə 'sonuncu şans' qalıb


Rohanca qaçqınları humanitar yardım alır.

Myanma lideri Aung San Suu Kyi-nin ölkəsindəki böhranı dayandırmağa «sonuncu şansı» qalıb. Bunu BMT-nin baş katibi Antonio Guterres deyib. Qeyd edək ki, Myanmadakı rohinca müsəlmanlarından 400 mindən çoxu qonşu Banqladeşə qaçıb.

«Bu ölkə liderindən gözləntim odur ki, böhranın qarşısını ala bilsin», – BMT-nin baş katibi BBC televiziyasına deyib.

«Fikrimcə, bunu etməyə onun sonuncu şansı qalıb», – o, sözlərinə əlavə edib.

Nobel sülh mükafatı laureatı Suu Kyi Myanmadakı rohinca müsəlmanlarıyla davranışa görə beynəlxalq tənqidlə üzləşir. Bu buddist ölkəsinin Rakxayn ştatında zorakılıqlarla bağlı xəbərlər gəlir.

Avqustun 25-də ordu Rakxayn ştatında əməliyyatlara başlayandan rohincalar qaçmağa başlayıb. Əməliyyatlara səbəbsə şübhəli rohinca yaraqlılarının polis postlarına hücumu olub. Həmin hücumda 12 təhlükəsizlik əməkdaşı öldürülüb. Ordu 400-dək şübhəli yaraqlını öldürdüyünü bildirir. Myanma hökuməti dinc sakinləri deyil, yaraqlıları hədəfə aldığını bildirir.

Rohinca böhranının BMT Baş Assambleyasında da müzakirə olunacağı gözlənir. Suu Kyu sessiyaya qatılmayacaq. Onun sentyabrın 19-da Myanmada televiziya çıxışı edəcəyi planlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG