Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 14:57

Marseldə bir qadın amerikalı turistlərin üzünə turşu atıb


Foto arxiv

Marseldə bir qadın 4 amerikalı turistin üstünə turşu atıb.

Nəticədə 20-21 yaş arasında olan iki qızın üzü yanıb, onlar dərhal xəstəxanaya götürülüblər.

Bu barədə sentyabrın 17-də Fransanın “La Provence” portal məlumat yayıb.

Turistlərin 4-də qadın olub.

Mənbənin yazdığına görə, insident yerli vaxtla səhər saat 11 radələrində Saint-Charles vağzalında baş verib.

Qadınlar Parisə gedən qatarı gözləyirmişlər.

Hücum edən qadının 41 yaşı olduğu, polis tərəfindən həbs edildiyi və heç bir müqavimət göstərmədiyi bildirilir.

Məlumata görə o, hücum edərkən heç bir şüar səsləndirməyib.

Bəzi mənbələrin polisə istinadla yazdıqlarına görə, qadın qeyri-adi davranırmış və söhbət terror aktından getmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG