Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 11:03

AAAF Park yaşayış kompleksində sakinlərin etiraz aksiyası keçirdiyi bildirilir.

“Qafqazinfo” saytının məlumatına görə, sakinlər kompleksdə qaz və lift olmamasına etiraz ediblər.

Sakinlər iddia edib ki, qaz sayğaclarının pulu yığılsa da, 2 ildir qazsızdırlar.

Yayılan məlumata görə, eyni zamanda, əhaliyə binaların istilik sistemi ilə təchiz ediləcəyi vədi verilsə də, hələ də bu baş verməyib. Ona görə əhali qarşıdan gələn qış aylarında istiliyin verilməyəcəyindən narahatdırlar.

Məlumatda qeyd edilir ki, sakinlər qaz, istilik və lift probleminin tezliklə həll olunmayacağı təqdirdə, aksiyanı davam etdirəcəklərini deyiblər.

AzadlıqRadiosunun müxbiri yaşayış kompleksinin əlaqə nömrəsinə zəng vurub.Ancaq bu deyilənlərə, hələlik, münasibət almaq mümkün olmayıb.

AAAF Park yaşayış kompleksi Xırdalan şəhərində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG