Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 21:04

Moldovada mübahisəli seçki qanununa etiraz olaraq nümayiş keçirilib


Moldovada etiraz aksiyası

Moldovanın paytaxtı Kişinyovda mübahisəli seçki qanununa etiraz olaraq aksiya keçirilib.

Sentyabrın 17-də keçirilən nümayişdə Moldova və Avropa Birliyinin bayraqları qaldırılıb.

Bir sıra aksiyaçılar prezident İgor Dodon-u Rusiyanın dostu olmaqda və “ölkəni Moskvaya satmaqda” ittiham ediblər.

Nümayişi müxalifətdə olan “Ləyaqət və düzgünlük platforması” və “Hərəkət və həmrəylik” partiyaları təşkil ediblər.

Prezident Dodon, ölkədəki kütləvi etirazlar və Avropa Birliyi ilə ABŞ-ın tənqidlərinə baxmayaraq iyulda qarışıq seçki sistemi nəzərdə tutan qanun imzalayıb.

Yeni qanunda deputatların yarısının partiya siyahısından, qalan yarısının isə ayrı-ayrı seçki dairələrindən seçilməsi nəzərdə tutulur.

Tənqidçilər hesab edir ki, yeni system ölkədəki iki böyük partiya-qərbpərəst “Demokrat” və rusiyapərəst “Sosialist” partiyalarının xeyrinə işləyir.

Amma yeni qanunun tərəfdarları hesab edir kilər ki, bu siyasətçiləri daha məsuliyyətli olmağa məcbur edəcək.

2015-ci ildə, ölkə banklarından 1 milyard dolların yoxa çıxması və bunun ardınca başlanan iqtisadi böhrandan sonraMoldovada bir neçə hakimiyyət dəyişikliyi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG