Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 07:17

Lutsenko:"Ukrayna hakimiyyəti Saakashvilini həbs eləmək fikrində deyil”


Yuriy Lutsenko

“Ukrayna hakimiyyəti Mikheil Saakashvilini sərhədi qanunsuz keçməyə görə həbs eləmək fikrində deyil”.

Azadlıq Radiosu Rusiya xidmətinin sentyabrın 17-də TV Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Ukraynanın baş prokuroruYuri Lutsenko deyib.

Lutsenko həmçinin bildirib ki, Odessa vilayətinin keçmiş qubernatoru və keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilini heç kim ekstradasiya etmək fikrində deyil.

Lutsenko qeyd edib ki, nə qədər ki, Saakashvilinin Ukraynada yaşamaq icazəsi və ya digər sənədi var, o həbs oluna bilməz.

Xatırlatma

Ukrayna prezidenti Petro Poroshenko bu yaxınlarda Mikheil Saakashvilini ABŞ-da səfərdə olarkən vətəndaşlıqdan məhrum edib.

Bundan sonra Saakashvili sentyabrın 10-da yüzlərlə tərəfdarının müşayiəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib.

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG