Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:34

Parisdə AŞPA-nın komitələri toplaşır


AŞPA

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva Parisə gedir.

Milli Məclisin mətbuat Xidmətinin məlumatına görə, o, sentyabrın 18-dən 20-ə kimi Fransa paytaxtında səfərdə olacaq və sosial komitənin iclasında iştirak edəcək.

Buna da bax:​ Həmməruzəçilər prezident və deputatlarla görüşüblər

Mətbuat xidmətinin məlumatına görə, iclasda 2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti müzakirə olunacaq. Miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.

S.Fətəliyeva komitədə “Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov da sentyabrın 21-dən 24-ə kimi Parisdə olacaq.

Buna da bax:​ 'Azərbaycanın pulyuyan maşını' qalmaqalı böyüyür [video]

Mətbuat xidmətinin bildirməsinə görə, o, isə qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak edəcək.

Komitə iclasında bir sıra məsələlərə baxılacaq, mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Həmçinin, bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG