Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:45

İlyarıma 2 milyon “ixrac təşviqi” pulu ödənib


Azərbaycan Dövlət Statistika Komitəsi

“Hökumət indiyədək “Made in Azerbaijan” brendini xaricdə tanıdan ixracatçılara 2 milyon manata qədər ixrac təşviqi pulu ödəyib”.

Bu haqda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün, sentyabrın 16-da jurnalistlərə açıqlamasında bildirib.

Ölkə başçısı 2016-cı ilin martında “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamışdı. Həmin fərman “ixrac təşviqi” ödəməsini nəzərdə tutur. “İxrac təşviqi”pulu yerli məhsulları xaricə ixrac edənlərə məhsulların dəyərinin 3 faizi həcmində ödənilir.

Nazir müavini 2017-ci ilin 8 ayı ərzində qeyri-neft ixracı ilə bağlı statistik bilgiləri açıqlayıb.

Onun sözlərinə görə, 8 ayda Azərbaycanda qeyri-neft ixracı 30 faiz çoxalıb. Kənd təsərrüfatı məhsullarının ixracı 37, sənaye məhsullarının ixracı isə 25,4 faiz artıb.

Nazir müavini ixrac məhsullarının çeşidinin də 17 faiz çoxaldığını, xarici iqtisadi fəaliyyətlə məşğul olan yerli şirkətlərin sayının da artaraq 11 minə çatdığını bildirib.

Gələn aydan etibarən isə Azərbaycan məhsulları xarici KİV-lərdə reklam olunacaq. Bundan başqa, gələn ildən Azərbaycan məhsullarının xarici ölkələrin aeroportlarında olan "Duty Free"lərdə təbliğinə başlanılacaq.

Nazir müavini həmçinin deyib ki, İqtisadiyyat Nazirliyi ixaracat məhsullarının siyahısının genişləndirilməsindən ötrü təkliflər hazırlayaraq hökumətə təqdim edib.

Bu ilin 8 ayındareal qiymətlərləümumilikdəisə ölkənin həm ixrac, həm də idxal göstəriciləri aşağı düşüb.

Sentyabrın 15-i Dövlət Statistika Komiəsinin açıqlanan bilgilərində belə yazılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG