Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 04:11

Ağ ev İraq kürdlərini müstəqilliklə bağlı referendum keçirməməyə çağırıb


Sarah Huckabee Sanders

Donald Trump hökuməti İraqdakı kürd muxtariyyətinin rəhbərliyini sentyabrın 25-də müstəqilliklə bağlı referendumdan imtina etməyə çağırıb.

Reutersin məlumatına görə, bunu Ağ evin sözçüsü Sarah Sanders bəyan edib.

Bəyanatda deyilir ki, belə bir referendumun keçirilməsi “İslam dövləti” qrupunu məğlub etmək və bu qrupdan azad edilmiş ərazilərdə sabitlik yaratmaqcədlərindən yayındırır.

Ağ ev kürd muxtariyyətini referendumdan imtina etməyə və Bağdad hökuməti ilə dialoqa çağırır.

ABŞ bu danışıqlarda vasitəçiliyə hazır olduğunu bəyan edib.

İraqdakı kürd muxtariyyətinin parlamenti sentyabrın 15-də regionun müstəqilliyi ilə bağlı referendum keçirilməsi barədə qərar qəbul edib.

Referendum sentyabrın 25-ə təyin edilib.

İraq hökuməti referendum ideyasına qarşı çıxır və kürd muxtariyyətinə lazımınca müstəqillik verildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG