Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

Müxalifət liderinin vəkili həbs olunub


CHP lideri Kemal Kılıçdaroğlu

Türkiyənin müxalifət partiyası CHP-nin lideri Kemal Kılıçdaroğlunun vəkli Cemal Çelik sentybarın 15-də həbs olunub. Anadolu Ajansının məlumatına görə, o, ABŞ-da mühacirətdə olan ilahiyyatçı Fətulla Gülənin təşkilatına – FETÖ-ya dəstəkdə ittiham olunur.

Ancaq vaxtilə məhkəmədə hakim olan Cemal Çelik 2011-ci ildə hakimlikdən məhz ədliyyə sistemində FETÖ-çuların nüfuzun artmasına etiraz olaraq istefa vermişdi.

CHP Genel Başkanı Kemal Kılıçdaroğlu deyib ki, Türkiyədə “bu gün baş verənlər demokratiyaya üzüqaralıqdır”.

Müxalifət lideri onu da deyib ki, “FETÖ ilə mücadilə adı altında aparılan sadəcə FETÖ-ya dəstək mücadiləsidir”

Günün bütün mövzuları

XS
SM
MD
LG