Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 18:47

Əziz Orucovun cinayət işi məhkəməyə göndərilib


Əziz Orucov

Həbsdəki jurnalist, «Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucov (Qaraşoğlu) barəsində açılmış cinayət işi məhkəməyə göndərilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, müdafiə tərəfinin cinayət işinin materialları ilə tanışlığı başa çatıb.

Buna da bax:​ Ombudsman təcridxanada saxlanılan siyasətçi və jurnalistlərlə görüşüb

O, vurğulayıb ki, jurnalistə yekunda da Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlar təsdiqlənərsə, Ə.Orucova 8 ilə kimi həbs cəzası verilə bilər.

E.Sadıqovun sözlərinə görə, Əziz Orucov barəsində cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı, hələlik, bilinmir.

XATIRLATMA

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova (Qaraşoğlu) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Buna da bax: Əziz Orucovun şikayəti təmin edilmədi

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb.

«Kanal 13» internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Buna da bax:​ 'Kanal 13'ün əməkdaşının evinə polis gəldiyi deyilir

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

XS
SM
MD
LG