Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 07:12

Ərzaq 18 faiz bahalaşıb, ərzaq xərcləri 2 faiz artıb


Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün eyni göstəricisini 2 faiz üstələyib. Bu rəqəm 21,7 milyard manata bərabər olub.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir. Ticarət dövriyyəsinin 11 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatı da qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf edilib.

Buna da bax: Əsas kapitala yönəldilən vəsait açıqlanıb

Habelə, 18 faiz toxuculuq məhsullarının, geyimlərin, ayaqqabıların, 6,3 faizi də elektrik malları və mebellərin alınmasına xərclənib.

Bundan başqa, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq, tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Buna da bax: ‘Kredit Zəmanət Fondu’ yaradılır

“Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıblar”, - məlumatda vurğulanır.

DSK dünən sentyabrın 14-də isə açıqlamışdı ki, bu ilin 8 ayında 2016-cı ilin analoji dövrü ilə müqayisədə ərzaq məhsulları 18 faiz bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG