Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:41

London metrosunda partlayış olub


Parsons Green stansiyası ətrafında silahlı polis

Sentyabrın 15-də London metrosunda qatarda partlayış olub. Reuters Britaniyanın Metro və Sun qəzetlərinə istinadla xəbər verir ki, qatarda ağ rəngli konteyner partlayıb. Yaralılar var. Bəzi sərnişinlərin üzü yanıb.

Hadisə yerində olan Metro qəzetinin müxbiri deyib ki, "onların üzü çox pis yanıb"

Britaniyanın Sun qəzetində çap olunan şəkilə görə, partlayış və yanğın şəkildəki bu ağ dəmir qabda olub.

Ətrafda yanıq izləri görünmür, ancaq sərnişinlərin əşyaları səpələnib

Şahidlərin dediyinə görə, bəzi sərnişinlər isə basabasda zədələnib.

London polisi partlayışı və yanğını terror hadisəsi kimi qiymətləndirir. Polis bildirir ki, partlayıcı tam işə düşə bilməyib.

London metrosunda yanğın və partlayış
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Həkimlərin məlumatına görə, 22 adam yaralanıb. Ancaq onların zədələri təhlükəli deyil.

Metro stansiyasına gələn yangınsındürənlər isə deyirlər ki, onlara zəng səhər saat 8:21-də olub.

Stansiyaya silahlı polis yeridilib.

Partlayışda yaralanan qadın
Partlayışda yaralanan qadın

Partlayış Qərbi Londonda Parsons Green stansiyasında olub.

Polis bildirir ki, ətraflı məlumatı vəziyyəti öyrənəndən sonra verəcək.

Parsons Green stansiyası ətrafında küçələrdə
Parsons Green stansiyası ətrafında küçələrdə

Günün bütün mövzuları

XS
SM
MD
LG