Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:41

Bu gün, sentyabrın 15-i prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Sənəd “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” özünün ötən il dekabrın 6-da imzaladığı fərmanının tətbiqi ilə izah edilir.

Buna da bax:​ Azərbaycana kredit ayıran qurumlar

Bildirilir ki, bunla sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, onların fəaliyyətini stimullaşdırmaq və maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədi güdülür.

Prezident bu fərmanı ilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC yaradılır.

Fərmanda bildirilir ki, “Kredit Zəmanət Fondu” ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat, prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.

Buna da bax: 'Güzəştli kredit götürmək istəyənlər də azalıb' - Media icmalı

Sənəddə ASC-nin müxtəlif nazirlik və qurumları təmsil edən 7 nəfərdən ibarət Müşahidə Şurasının yaradılması və Şuranın idarəetmə səlahiyyətləri əksini tapır.

Fərmanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması ilə bağlı İşçi Qrup təsis edilir. Onun səlahiyyət sahəsi və fəaliyyət dairəsi müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG