Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:25

Azərbaycan nefti 60 dollara yaxınlaşır


Azərbaycanda neft buruqları

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiymətinin 0,14 dollar ucuzlaşdığı bildirilir.

Verilən xəbərlərə görə, indi “Layt” markalı neft 49,75 dollara satılır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiymətinin də 0,17 dollar azaldığı açıqlanıb. “Brent” neftin 55,30 dollar təşkil etdiyi deyilir.

Buna da bax:​ Prezident: “7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar artırmışıq”

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,92 dollar bahalaşıb. Hazırda Azərbaycan nefti 58,55 dollara satılır.

Bu son vaxtlar “AzəriLayt” markalı neftin ən baha satıldığı rəqəmdir. Azərbaycan neftinin tarixdə “qızıl dövrü” isə 2008-ci ildə qeyd edilib. Həmin vaxt Azərbaycan nefti 150 dollara yüksəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG