Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 13:22

ABŞ Şimali Koreyayla bağlı çağırış etdi


Şimali Koreya

Birləşmiş Ştatlar Çinlə Rusiyanı Şimali Koreyaya qarşı “birbaşa addımlar” atmağa çağırıb. Bu çağırışdan öncə, sentyabrın 15-də Şimali Koreya Yaponiya üzərindən ikinci ballistik raketini atıb.

“Şimali Koreyanın neftinin çoxunu Çin verir. Rusiya isə Şimali Koreyadan məcburi əməkdən əsas istifadə edəndir”, – ABŞ dövlət katibi Rex Tillerson bəyanatında deyib.

Buna da bax:​ Şimali Koreya yenə də Yaponiyanın üstündən raket atdı

“Çinlə Rusiya birbaşa addımlar atmaqla bu məsuliyyətsiz raket buraxmalara dözümsüzlüyünü göstərməlidir”, – Tillerson vurğulayıb.

BMT-nin Təhlükəsizlik Şurası isə son insidentlər bağlı fövqəladə iclas çağırıb.

Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən uçaraq Hokkaydo adasının 2000 kilometrliyində Sakit Okeana düşüb

ABŞ və Cənubi Koreya rəsmiləri bildirirlər ki, raket ABŞ-ın Sakit Okean ərazisindəki Quam adasına “çata biləcək məsafədə” uçub.

Buna da bax: Şimali Koreyaya qarşı sanksiyalar yekdilliklə gücləndirildi

Pentaqon bunun orta mənzilli ballistik raket olduğunu, Şimali Koreya yaxud Quama təhlükə yaratmadığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG