Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

'Azəri-Çıraq-Günəşli' bloku ilə bağlı sazişin müddəti uzadılır


"Çıraq" yatağı

Bu gün, sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” bloku ilə bağlı saziş imzalanmasına aid tədbir keçirilir.

Xəbəri AzərTAC yayıb.

Xəbərə görə, mərasim Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissələrinin birgə işlənməsi, neft hasilatının pay bölgüsü haqqında düzəliş edilən və yenidən tərtib olunan Sazişin imzalanması ilə bağlıdır. Ancaq sazişin şərtləri açıqlanmayıb.

Buna da bax:​ SOCAR yeni sazişdə payını iki dəfədən çox artırır?

Xəbərdə qeyd edilir ki, prezidenti İlham Əliyev və onun xanımı, birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyir.

2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilə kimi işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin, yataqlar blokunun 2050-ci ilə kimi işlənməsindən ötrü niyyət məktubu imzalayıblar.

Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açmalıdır. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

Buna da bax: 'Azəri-Çıraq-Günəşli'də hasilat 12 faiz azalıb

Xatırlatma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataqlar 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

2001-ci ildən “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından Azərbaycanın 130 milyard dollar yaxın vəsait əldə etdiyi bildirilir.

Layihə iştirakçıları BP (35,78 faiz), ‘Chevron’ (11,27 faiz), ‘ExxonMobil’ (8 faiz ), ONGC (2,72 faiz), SOCAR (11,65 faiz) şirkətləridir.

Yataqlarda, habelə ‘Inpex Corp’, ‘ITOCHU Oil’, ‘Statoil’ və TPAO şirkətlərinin də payı var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG