Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

Trump-ın müşavirinin ABŞ-Rusiya nüvə layihəsinə mümkün dəstəyi araşdırılır


Michael Flynn, 10fev2017

Demokrat konqresmenlər sentyabrın 13-də deyiblər ki, ABŞ prezidenti Donald Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in ABŞ-Rusiya nüvə layihəsinə gizli dəstək verib-vermədiyi araşdırılır. Layihə Yaxın Şərqdə onlarla nüvə reaktoru tikməyi nəzərdə tuturdu.

“Flynn-in gizlicə bu şirkətlərin maraqlarından ötrü çalışıb-çalışmadığını bilmək Amerika xalqının haqqıdır”, – nümayəndələr palatasından Elijah CummingsEliot Engel sentyabrın 12-də Flynn-in vəkilinə göndərdikləri məktubda yazırlar.

Buna da bax:​ Trump-ın oğlu Rusiya ilə sövdələşməyə girmədiyini deyir

Konqresmenlər həmçinin layihədə iştirak edən şirkət rəhbərlərindən xahiş ediblər ki, Flynn və Trump administrasiyasının digər rəsmiləriylə “bütün kommunikasiyanı” oktyabrın 4-dək açıqlasınlar.

Layihə çərçivəsində Yaxın Şərqdə 40 nüvə reaktoru tikiləcək, regional elektrik şəbəkəsinə qoşulacaqdı. Reaktorlardan nüvə silahları üçün yanacaq istehsalından istifadə oluna bilməzdi.

Layihənin reklam çarxında bildirilirdi ki, təhlükəsizliyi Rusiyanın dövlətə məxsus Rosoboron silah ixracatçısı təmin edəcək. Keçmiş prezident Barack Obama-nın qoyduğu sanksiyalar bu şirkətə də aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG