Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:36

Kremlin sözçüsü də 'Matilda'dan danışdı


Rusiyada pravoslav kilsəsi "Matilda" filminə qarşıdı

Polis Rusiya çarı 2-ci Nikolayın (Tsar Nicholas II) erkən romantik sevgisindən bəhs edən filmin çəkilməsinə mane olmağa çalışan “ekstremistlər”lə mübarizə aparmalıdır. Bunu Kremlin sözçüsü Dmitry Peskov sentyabrın 13-də axşam deyib.

“Əhvalat çox çirkin bir forma almaqdadır”, – o, jurnalistlərə bildirib. Sözçünün fikrincə, polis “Matilda” filminə qarşı belə “ekstremist hərəkət”i araşdırmalıdır.

Buna da bax:​ Kadırov çar II Nikolay haqqında filmə etiraz edir

Dmitry Peskov
Dmitry Peskov

“Müzakirə bir məsələdir, ekstremist hərəkət tamamilə başqadır. Film distributorlarının repertuarı ekstremistlərin təzyiqi altında seçməyə məcbur edilməsi qəbuledilməzdir”, – Peskov vurğulayıb.

Qazaxıstandakı Arman kino şəbəkəsinin Bauyrzhan Shukenov daha öncə bildirib ki, Rusiyadakı pravoslav fəalları onu Matilda-nın çəkilişini dayandırmağa çağırıblar. O, Facebook-da aldığı email-dən bəzi hissələri də yerləşdirib. “Matilda-nı rədd elə, o çirkabdan uzaq dur”, – özlərini Rusiya Federasiyasının vətəndaşları, pravoslav dindarlar adlandıran müəlliflər yazırlar.

Buna da bax:​ Rus xristian mühafizəkarları "Matilda" filminə görə kinoteatrları yandırmaqla hədələyir

“Ruhunun ölümü hesabına pul qazanma... Rusiyaya nə olacağı vecinə deyilsə, öz taleyini düşün”, – məktubda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG