Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Sentyabrın 14-də ABŞ prezidenti Donald Trump Floridanın Naples ştatına baş çəkəcək. Irma qasırğası bu ştatda böyük dağıntılar törədib. Ümumilikdə qasırğadan azı 70 nəfərin öldüyü bildirilir.

ABŞ rəsmiləri sentyabrın 13-də bildiriblər ki, qasırğa vaxtı elektriki kəsilmiş xəstəxanada altı xəstə dünyasını dəyişib. Polis cinayət işi açıldığını bildirib.

Yerli medianın spekulyasiyasına görə, ölümlərə səbəb isti və rütubətli havada hava kondisionerlərinin işləməməsi ola bilər.

Buna da bax:​ Rusiya ‘Facebook’da Trump-ı necə reklam edib

Florida və digər ştatlarda azı 27 nəfər, Karibdə isə 43 nəfər həlak olub.

Sentyabrın 13-də qasırğanın keçdiyi ştatlarda 9 milyon nəfərə aid 4,3 milyon ev və şirkətin elektriksiz qaldığı bildirilir.

Trump ötən ay Harvey qasırğasının vurduğu Texas və Luizana ştatlarında da olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG