Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:12

Saakashvili sentyabrın 13-də Çernovtsı vilayətinə getməyi planlaşdırır


Mikheil Saakashvili

Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili sentyabrın 13-də Lvovda kitab forumunda iştirak etmək, sonra isə tərəfdarlar toplamaq üçün Çernovtsı vilayətinə getməyi planlaşdırır.

Bu barədə sentyabrın 3-də ekhokavkaza.com saytı Saakashvilinin “Yeni qüvvələr hərəkatı” partiyasının mətbuat xidmətinə istinadla məlumat yayıb.

Qeyd edək ki, Saakashvili bundan əvvəl sentyabrın 13-də Lvovı tərk edəcəyini və tərəfdarlarını birləşdirmək üçün vilayətlərə, kəndlərə gedəcəyini demişdi.

Onun partiyasından verilən məlumata görə, səfər Çernovtsı-dan başlayacaq.

Saakashvilinin yerli vaxtla saat 18 radələrində Çernovtsı-da çıxış edəcəyi, sonra isə Ukraynanın digər şəhərlərinə yollanacağı bildirilir.

Partiya onun gələcək səfərlər və planları barədə açıqlama verəcəyini vəd edib.

Vətəndaşlığı ləğv edilən Saakashvili bu günlərdə tərəfdarlarının müşaiyəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib.

Ukrayna prezidenti Petro Poroshenko iyulun 26-da ABŞ-da səfərdə olarkən onu vətəndaşlıqdan məhrum edib.

Saakashvili ötən ay Polşada bildirib ki, vətəndaşlığını məhkəmə yolu ilə bərpa etmək üçün sentyabrın 10-da Ukraynaya dönmək fikrindədir.

Ukrayna prezidenti Petro Poroshenko 2015-ci ildə ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı da əlindən alınıb.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG