Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

Rusiyanın şəhərlərində partlayış təhlükəsi barədə zənglər davam edir


Foto arxiv

3 gündür ki, Rusiyada bomba təhlükəsi ilə bağlı anonim zənglər edilir.

Sentyabrın 3-də İrkutskın xüsusi xidmətinə 10-dan çox belə zəng daxil olub.

Yakutskın xüsusi xidməti partlayıcı olması barədə məlumat aldıqdan sonra şəhər administrasiyasının binası və hava limanından insanları evakuasiya edib.

Həmçinin Petropavlovsk-Kamçatsk, Çita və Blaqoveşensk hava limanlarında insanlar evakuasiya edilib.

Ufa və Buryatiyada isə biznes və ticarət mərkəzləri boşaldılıb.

Artıq bir neçə gündür ki, Rusiyanın müxtəlif şəhərlərində bomba həyacanı yaşanır.

Hələlik indiyədək partlayıcı aşkar edilməyib.

“Mediazona” saytı bundan bir gün əvvəl Krasnoyarsk, Cənubi Saxalinsk, Vladivostok, Perm,Çelyabinsk, Kopeysk və Maqadanın hüquq-mühavizə orqanlarına bu cür anonym zənglər daxil olması barədə məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG