Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:45

START nüvə sazişi üzrə danışıqlar olacaq


Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov

Birləşmiş Ştatlarla Rusiya bu yaxınlarda 2010-cu ildə imzalanmış nüvə silahlarının azaldılması üzrə sazişlə bağlı ekspert səviyyəsində müzakirələrə başlayacaqlar.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov sentyabrın 12-də deyib.

Ryabkov Rusiya xəbər agentliklərinə Helsinkidə, ABŞ dövlət katibinin müavini Thomas Shannon-la görüşdən sonra danışıb. Onun sözlərinə görə, tərəflər həmin sazişin istisnasız yerinə yetirilməli olmasına razılaşıblar.

Buna da bax:​ “Rusiya döyüş başlıqlarını çoxaldır”

START sazişi hər iki ölkənin nüvə arsenalını 1550 hərbi başlıq və 800 buraxma sisteminə qədər azaltmasını nəzərdə tutur. Bu, Vaşinqtonla Moskvanın gərgin münasibətlərinə baxmayaraq, hələ də yerinə yetirilən azsaylı nüvə razılaşmalarındandır.

Birləşmiş Ştatlar Rusiyanı INF sazişini pozmaqda suçlayıb. Həmin sənəd qısa və orta mənzilli raketlərdən istifadəni yasaqlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG