Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:16

İrma qasırğası Floridaya 40 milyard dollara kimi ziyan vurdu


Mayami şəhərində

Sentyabrın 12-də ABŞ-ın Florida ştatında hava limanı işini qismən bərpa edib. Təxliyyə olunmuş 6 milyon 500 min adam evinə qayıdır.

Sığorta şirkətləri isə İrma qasırğasının vurduğu ziyanı hesablayır. Onların ehtimalına görə, Floridada təkcə sığortalanmış əmlaka dəyən ziyan 20 milyard dollardan 40 milyard dollara kimidir.

Atlantik Okeanında yaranan İrma qasırğası bazar günü Floridaya çatanda sahildə dalğaların hündürlüyü bir neçə metr idi. Küləyin sürəti saatda 210 km-ə çatırdı. Qasırğa Floridada 7 milyon 400 min evi və biznesi işıqsız qoydu. Floridanın 65 faizi işığı hələ bərpa edə bilməyib. Ancaq ştat sakinləri nikbindirlər ki, bəladan yaxşı qurtardılar.

Florida sakini Charles Pitt: “Hər şey daha pis ola bilərdi. Texası yadınıza salın, orda nə oldu. Tanrıya şükür ki, bizim nəyimiz var, hamısı sığortalanmışdı”

Florida sakinləri Tanrıya şükür edir
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

İrmadan iki həftə əvvəl Harvi qasırğası Texas və Luiziana ştatlarına 150-180 milyard dollar ziyan vurmuşdu, 60 adam ölmüşdü.

Rəsmilər ABŞ-da İrmadan da ölənlərin olduğunu bildirirlər, ancaq məhz qasırğa ilə bağlı olduğu deyilən və təsdqilənmiş hələlik yalnız bir ölüm hadisəsi var.

Son bir həftədə Karib adalarından keçən İrma qasırğasından ümumilikdə isə 40 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG