Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 02:24

Dövlətə xəyanətdə günahlandırılanların istintaqı davam edir


Keçmiş milli təhlükəsizlik nazirliyinin binası

“Ermənistana casusluqda ittiham olunan şəxslərin istintaqı davam etdirilir”.

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musayev deyib.

Onun sözlərinə görə, istintaq Hərbi Prokurorluqda aparılır.

Bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə açıqlama yaymışdılar. Açıqlamada qeyd edilirdi ki, Ermənistan Silahlı Qüvvələrinin xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələri və yaşayış məntəqələri ilə bağlı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırıldığı barədə məlumatlar əldə edilib.

Buna da bax:​ Vətənə xəyanətdə ittiham olunanlar

Güc orqanlar bildirirdilər ki, aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçunun, mülki şəxsin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə məxfi əməkdaşlığa cəlb edildiyi aydınlaşıb.

“Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb. Hər üç qurumun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır”, – açıqlamada vurğulanırdı.

Güc orqanları bəyan edirdilər ki, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Buna da bax:​ Dövlətə xəyanətdə suçlananlar barədə hökm dəyişdirilmədi

Bəzi KİV-lərdə həmin həbs edilən şəxslərdən bir neçəsinin istintaq zamanı müəmmalı şəkildə öldüyü iddia olunsa da, rəsmi qurumlar belə məlumatları təsdiq etməmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG