Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Nemtsovun xatirə lövhəsi yaşadığı binadan götürülüb


Boris Nemtsovun xatirə lovhəsi, Moskva ,7 sentyabr, 2017

Mərhum müxalif siyasətçi Boris Nemtsovun xatirə lövhəsi Moskvada yaşadığı binadan götürülüb.

Qazeta.ru saytının mıəlumatına görə, bu barədə sentyabrın 12-də fəal Tatyana Toxonoviç özünün “Feysbuk” səhifəsində yazıb.

Kremlpərəst radikal “SERB” hərəkatının lideri Gosha Tarasevich (İgor Beketov) “BKontakte” də yazıb ki, xatirə lovhəsini bu qrupun üzvləri söküb.

Onun sözlərinə görə, hərəkatın fəalları həmçinin polisə qanunsuz lövhə asanların cəzalandırılması tələbilə məktub göndəriblər.

Xatirə lövhəsi Nemtsovun yaşadığı evə sentyabrın 7-də qoyulubmuş.

Amma Moskva rəhbərliyi bir qədər sonra bunun qanunsuz olduğunu bəyan edib.

Boris Nemtsov 2015-ci ilin fevralında Moskvanın mərkəzində güllələnib.

O, Kremlin, xüsusilə də president Vladimir Putinin sərt tənqidçilərindən idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG