Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:23

‘Amnesty’ Bosniyanı tənqid edir


Amnesty International (arxiv fotosu)

Bosniya-Herzeqovinada seksual zorakılıq qurbanı olan 20 mindən çox adama hələ də ədalət mühakiməsi tanınmayıb.

Bunu “Amnesty International” hüquq-müdafiə təşkilatı sentyabrın 12-də açıqlanmış hesabatına deyir.

Hesabatda bildirilir ki, bu keçmiş Yuqoslaviya respublikasında müharibənin başlanmasından 25 il keçməsinə baxmayaraq, “bu cinayətlərin dağıdıcı fiziki və psixoloji fəsadları qalıb, qadınlara gərəkən dəstək verilmir, hüquqları olan hüquqi yardımı ala bilmirlər”.

Buna da bax:​ 33 bosniyalı Azərbaycandan Avropa Məhkəməsinə şikayət edib

“Bosniyada on minlərlə qadın hələ də çox ehtiyacları olan tibbi, psixoloji və maliyyə yardımını azacıq əldə etməklə həyatlarını toparlamağa çalışırlar”, – qurumun Avropa üzrə direktor müavini Gauri van Gulik deyib.

Bosniya 1992-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edib. 1992-95-ci illər münaqişəsində 100 minədək adam həlak olub, 2 milyondan çox şəxs köçkünə çevrilib.

“Amnesty” hesabatını iki illik tədqiqat əsasında hazırlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG